Bu günə xəbərlərin oxunma sayı: 666
— 21.10.2025 17:39

Avtomobil velosipedçini xəstəxanalıq etdi

Lənkəran rayonunun Vel kəndində avtomobil velosipedçi, 61 yaşlı Rəfail İmanovu vurub. Nəticədə ağır xəsarət alan velosipedçi təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Həkimlər ona kəllə-beyin travması, koma və bədənin müxtəlif nahiyələrində açıq yaralar diaqnozu qoyub. Rəfail İmanov reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.