Bu günə xəbərlərin oxunma sayı: 666
—
21.10.2025 17:39
“Atletik”in baş məşqçisi: “Qarabağ”a hörmətlə yanaşırıq

İspaniyanın “Atletik” klubunun baş məşqçisi Ernesto Valverde UEFA Çempionlar Liqasının III turunda “Qarabağ”la matçdan öncə mətbuat konfransında bildirib ki, komandası xal qazanmaq üçün fürsət görür. “Turnir cədvəlində onlar bizdən öndədir, biz isə sonuncuyuq. Niyyətimiz qələbə qazanmaqdır. "Qarabağ"a hörmətlə yanaşırıq, çünki onlar "Benfika" və "Kopenhagen"i məğlub ediblər”-deyə Valverde bildirib. Matç oktyabrın 22-də “San Mames” stadionunda, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
- Baxış: 80