Bu günə xəbərlərin oxunma sayı: 666
— 21.10.2025 11:41

Şəmkirdə və Bakıda qəza - ölən var

Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonu Çaparlı kəndi ərazisindən keçən 400-cü kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yavər Hacılının idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə yolu keçmək istəyən piyadanı vuraraq öldürüb. Faktla bağlı araşdırma aparılır.

Bakıda "BakuBus"a məxsus sərnişin avtobusu qəza törədərək bulvar ərazisinə girib, ağaca çırpılıb. Qəza nəticəsində bir neçə ağac aşıb.