Bu günə xəbərlərin oxunma sayı: 666
—
16.10.2025 15:48
Zəfər Gününə həsr olunmuş hərbi parada hazırlıq məşqləri keçirilir

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq tapşırığına əsasən, noyabrın 8-də Bakı şəhərində Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Parada hazırlıqla bağlı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, Azərbaycan Ordusunun bölmələri ilə məşqlər keçirilir. Hazırlıq məşqləri zamanı Bakı şəhəri və ətraf ərazilərdə aviasiya vasitələrinin uçuşları, avtomobil və döyüş texnikalarının, həmçinin gəmilərin müəyyən edilmiş marşrutlar üzrə hərəkəti və yerdəyişməsi icra olunur.
- Baxış: 52