Bu günə xəbərlərin oxunma sayı: 666
— 16.10.2025 15:47

Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycana vurulan iqtisadi zərər məhkəmədə açıqlanıb

Bakıda Ermənistan vətəndaşlarının cinayət işi üzrə məhkəmə prosesi davam edir. Bu günkü iclasda iqtisadiyyata vurulan zərər və itkilərlə bağlı sənədlər elan olunub. Sənədlərdə qeyd olunur ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində təsərrüfat fəaliyyəti dayanıb, təbii resurslar qanunsuz istismar edilib və ölkəyə böyük iqtisadi zərər dəyib. Həmçinin minalar və partlamamış sursatların ərazilərə vurduğu zərərin aradan qaldırılması üçün uzunmüddətli vəsait tələb olunduğu bildirilib.