Bu günə xəbərlərin oxunma sayı: 666
—
16.10.2025 13:58
Abşeron sakinindən 47 kq narkotik vasitə aşkarlanıb

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 39 yaşlı əvvəllər də narkotiklə bağlı cinayət törətdiyi üçün azadlığı məhdudlaşdırılan Abşeron sakini Nurlan Allahverdiyev saxlanılıb. Ondan 47 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Araşdırma zamanı N.Allahverdiyevin ölkə ərazisində narkotiklərin satış və qanunsuz dövriyyəsini təşkil etdiyi müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb.
- Baxış: 58