
Sayı sürətlə artmaqda olan moped və motosiklet sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində cari ilin 9 ayı ərzində 32 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 10 nəfər həyatını itirib, 26 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Baş Dövlət Yol Polisi İdarəsi bu tip nəqliyyat vasitələrinin sürücülərini yol hərəkəti və təhlükəsizlik qaydalarına ciddi riayət etməli, qeydiyyatsız və ya qoruyucu vasitəsiz hərəkət etməməli, özlərinin və başqalarının həyatını təhlükəyə atmamağa çağırıb.
- Baxış: 27