• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 14.10.2025 10:33

Gəncə və Zərdabda baş verən yol qəzasında bir nəfər ölüb, bir neçəsi xəsarət alıb

Gəncədə iki minik avtomobilinin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. 53 yaşlı S.Allahverdiyev, 26 yaşlı R.Yusifzadə və 57 yaşlı E.Qurbanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Zərdab-Ucar avtomobil yolunda isə "BMW" və "Renault" markalı minik avtomobillərinin toqquşması nəticəsində 69 yaşlı Mustafa Məmmədov hadisə yerində ölüb.14 yaşlı Məhəmməd  Nemətli və  30 yaşlı Gündüz  Novruzov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq  xəstəxanaya çatdırılıblar.
Hər 2 faktla bağlı araşdırma aparılır.