• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 13.10.2025 10:16

Azərbaycan cüdoçuları Perudakı turnirdə medallar qazanıblar

Azərbaycanın daha bir cüdoçusu Perunun paytaxtı Limada keçirilən Qran-pridə medal qazanıb. Ömər Rəcəbli (81 kq) bürünc mükafata sahib çıxıb. O, üçüncü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Mixaylo Svidraka qalib gəlib. Qeyd edək ki, daha əvvəl Əhməd Yusifov (60 kq) gümüş, Könül Əliyeva (48 kq), Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kq) bürünc medal qazanıblar.