• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 09.10.2025 10:11

Balakəndə avtomobil elektrik dirəyinə, Kürdəmirdə motosikletə, Sabirabadda isə traktora çırpılıb

Balakəndə 34 yaşlı Şamil Əliyev idarə etdiyi “BMW” ilə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı işıq dirəyinə çırpılıb. Qəzadan sonra avtomobildə yanğın baş verib. Sürücü və avtomobildə olan sərnişin 32 yaşlı Rafael Herayev ərazidə olan sakinlər tərəfindən avtomobildən çıxarılaraq  xəstəxanaya aparılıblar. Yanğın söndürülüb.


Kürdəmirdə hərəkətdə olan "Toyota" isə əvvəlcə motosikletə çırpılıb, sonra yol kənarındakı su kanalına düşüb. Qəza zamanı sürücü və qadın sərnişin, eləcə də motosikletin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Sabirabadda minik avtomobilinin qarşıda gedən traktorun arxa hissəsinə çırpılması nəticəsində rayonunun Şəhriyar kənd sakinləri, 15 yaşlı yeniyetmə, 45 yaşlı Gülnarə Həsənova və  51 yaşlı Qənbər Vəliyev müxtəlif dərəcəli xəsarətlər alıblar.