Bu günə xəbərlərin oxunma sayı: 666
—
02.10.2025 15:44
Ermənistan vətəndaşlarının məhkəməsi davam edir

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə prosesdə zərərçəkmiş İlham Məmmədov ifadə verib. O qeyd edib ki, 2002-ci ilin mayında Haramı düzündə hərbi xidmətdə olarkən Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülüb. Silahsız olduğu halda döyülüb, işgəncələrə məruz qalıb və minalı ərazilərdə gəzdirdilib. O, məhkəmədə Levon Mnatsakanyanı özünə xüsusi qəddarlıq göstərən şəxs kimi tanıyıb. İlham Məmmədov bir həftə işğal altındakı ərazilərdə, daha sonra isə Ermənistanda saxlanılıb və 6 ay 15 gün sonra Azərbaycana təhvil verilib.
- Baxış: 142