
Oğuz Polisi tərəfindən narkotik vasitələrin satışı və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı keçirilən əməliyyatla bir ailənin 4 üzvü- əvvəllər də ağır cinayətə görə məhkum olunmuş 65 yaşlı Məmmədsaad Məmmədov, oğlu, arvadı və gəlini saxlanılıb. Onların Xaçmaz kəndində yaşadıqları ünvana baxış keçirilərkən 3 kiloqrama yaxın marixuana, 138 ədəd çətənə bitkisi və hissələri, eləcə də şüşə qablarda narkotik tərkibli bitkilərin toxumları aşkar olunub. M.Məmmədov narkotik sifarişlərini qəbul etdikdən sonra arvadı, oğlu və gəlini vasitəsilə deyilən ünvanlara çatdırılmasını təmin edib. Faktla bağlı cinayət işi başlanılıb.
- Baxış: 64