• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1870
— 01.09.2024 12:28

Gəncədə seçicilərin fəallığı müşahidə edilir

KepezTV Player

Növbədənkənar parlament seçkiləri Gəncədə seçici fəallığı ilə davam edir. 38 saylı Gəncə birinci seçki dairəsinin 8 saylı seçki məntəqəsində də seçicilər öz namizədlərini seçir. Məntəqədə prosesi veb-kamera vasitəsilə də canlı izləmək mümkündür. Səsvermə başlayandan proseslə bağlı hər hansı neqativ hal yaşanmayıb. Gəncədə 208 min 708 nəfər seçici qeydiyyata alınıb. Yaşı 100-dən yuxarı olan 2 seçici var.
Prosesi 3066 müşahidəçi izləyir.  

Elmar Məmmədov- seçici: "Yaxşı keçdi, narazılıq olmadı. Hamısı gözəl, istədiyimizə də səs verdik. Allahın köməkliyi ilə kim seçiləcəksə yaxşı olar".

Gülşən Hüseynova- müşahidəçi: "Parlament seçkilərinin şəffaf keçirildiyinə nəzarət edirəm və inanıram ki, sona qədər də bu cür şəffaf keçiriləcəkdir. Seçici fəallığı var, mən görürəm ki, fəal seçkilər keçirilir".