• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 934
— 23.08.2024 19:41

Meymunçiçəyi təhlükəlidirmi?

KepezTV Player

Meymunçiçəyi virusu, suçiçəyi və ya çiçək xəstəliyinə bənzər simptomlarla özünü göstərir. Yoluxmadan 5-21 gün sonra xəstədə yüksək hərarət, baş ağrısı, əzələ ağrıları, halsızlıq, limfa düyünlərinin şişməsi və dəridə səpgilər meydana gəlir. Səpgilər əvvəlcə üzdə başlayır və daha sonra bədənin digər hissələrinə yayılır.

Şirxan Vəliyev - həkim : Meymunçiçəyi virusu uzun zamanlardan bəri mövcud olan bir virusdur.Yəni yeni bir virus deyil. Bütün çiçək virusları kimi bu da özünü intoksinasiya əlamətləri kimi özünü göstərən bir virusdur. Ağırlaşma halları çox görülməyən, çox nadir hallarda təhlükəli fəsadlar törədən bir  virusdur. Epidemiya halına gələrsə təhlükəli virusdur, qorxulu sayılıt.Çünki yüksək  yoluxma qabiliyyətinə görə.Həyat  üçün qorxulu olmasa belə əmək qabiliyyətini aşağı saldığından, kütləvi şəkildə insanların əmək qabiliyyətini itirməsi, bu istər istəməz  dövlət üçün dənarahatçılıq törədir və buna görə də müəyyən dərəcədə ehtiyyat görülməli olna bir virusdur.

Virus əsasən yoluxmuş heyvanların dişləməsi, cırmaqlaması və ya tənəffüs yolları vasitəsilə insana keçir. İnsandan insana ötürülmə isə daha nadir hallarda, əsasən uzunmüddətli təmas və ya yoluxmuş şəxslərin paltarları və ya yataq dəstləri ilə əlaqədə baş verir. Azərbaycanda bu virus hələ ki rastlanmasa da, virusun yayılma ehtimalı ilə bağlı cəmiyyətdə xüsusilə müəyyən narahatlıq mövcuddur.

şəhər sakini : Vallah ancaq  özümüz özümüzü gözləməliyik.məsələn  əsas da uşaqları çirkli şeyləri qoymamalıyıq əl vurmağa , havanı da gözləməliyik,hər bir şeyə nəzarət lazımdır. Elə uşaqğın da  üstündə, böyüyün də üstündə. Mənim də o gün internetdə qabağıma çıxdı amma dəqiq məlumatım yoxdur.

şəhər sakini : Vallah nə bilək.Hamımız qorxuruq. Karona kimi elə ondan da qorxuruq.Qorunmaq ancaq təmizlik,  maska taxmaq, özünü qorumaq üçün spirtdən istifadə etmək.Biz də istəmirik  pandemiyanı gətirsin, amma bilmək olmaz Allah eləsin olmasın, gəlib buralara çıxmasın.

Həsən Həsənli - şəhər sakini : Eşitmişəm internetdən bəzi məlumatlar var.Amma Azərbaycana gəlməyinə inanmıram,şükür ki səhiyyəmiz yaxşıdır, qorunur.Qorunmağın yolları odur ki həmişə təmizliyə riayət etmək lazımdır.əlləri təmiz saxlamaq, maska taxmaq lazımdır.Açıq təbiətdə daha çox olmaq lazımdır.İnternetdə rast gəlmişəm ki  dəridə müxtəlif səpkilər əmələ gətirir bir dəv irus yolu ilə yoluxulur insanlara.

Nizami Səfərov - şəhər sakini : İnternetdə baxıram  deyirlərki Azərbaycanda hələ yoxdur. Afrikada var.Hər halda qorunmaq olar.Maska taxmaqla hər halda korona kimidirsə taxarıq.Keçicidirsə taxmaq da olar.

Səbuhi Rəfibəyli - şəhər sakini : Gəlmək ehtimalı var, deyirlər amma hələki şükürlər olsun o barədə  heç bir şey yoxdur.Xaricdən mal gətirən vətəndaşlar diqqətli olmalıdır . Çünki adətən  o parça materialı  ilə gəlib yayıla bilər. Ona görə də camaat biraz  maariflənməlidir ki bunun  qarşısının alınsın. Cəmiyyət üçün zərərlidir çünki. Necə qorunmaq  deyəndə təmizlik lazımdır. Birinci növbədə gigiyenik qaydalara əməl etmək lazımdır.Əsas odur. Ona görə də camaat arasında təbliğat aparmaq lazımdır ki maksimum dərəcədə  qaydalara əməl etsinlər ki  bu yoluxucu  xəstəlik cəmiyyətimizə zərər verməsin.

Məhəmməd Hüseynov - şəhər sakini : Suluqlama  deməkdir elə bir xəstəlikdir.Suluqlama adam əlini yandıranda da olur  elə bir şeydir.Onun müalicəsi var.Bizə keçəsi deyil  Yollar onsuz da bağlıdır. Gəlsə təyyarə  ilə turistlər  vasitəsi ilə gələ bilər , onlar da yoxlanılır.

Qlobal tendensiyalar nəzərə alınaraq, ölkəmizdə əhalinin diqqətli və məlumatlı olması vacibdir. Vətəndaşlar gigiyenik qaydalara əməl etməli, əgər səyahət edirlərsə, riskli bölgələrdən qaçmalıdırlar.

Şirxan Vəliyev - həkim : Bu virusları  vaksinlə tam qorumaq mümkün deyil.Vaksinasiya virusa yoluxduqdan sonrakı mərhələni rahat keçirməyə köməklik edir. Maskalardan, əlcəklərdən düzgün şəkildə istifadə olunsa,dezinfeksiyalar düzgün şəkildə aparılsa insanlar ara məsafəsini,sosial məsafəni düzgün qoruya bilsə, bu virusun yayılma səviyyəsini kəskin şəkildə qarşısını almaq mümkündür.

Səhiyyə nazirliyinin verdiyi məlumata görə Ümumdünya səhiyyə təşkilatının tövsiyyələrinə əsasən ölkəmizdə ciddi epidemoloji nəzarətlər aparılır, yoluxmaya şübhəli şəxslərlərin aşkarlanması,diqanostikası və müalicəsi  üçün müəyyən resurslar mövcuddur. "Xəstəlik adətən özünüməhdudlaşdıran xüsusiyyətə malikdir, yəni ağırlaşmayan hallar heç bir müalicə olmadan sağalır. Əksər xəstələrdə meymunçiçəyi yüngül formada keçdiyi üçün, simptomatik müalicə kifayət edir", - deyə nazirlik məlumat yayıb. TƏBİB-dən  isə bildirilib ki hazırda qurumun tabeliyində fəaliyyət göstərən  tibb müəssisələrinədə xəstələrin müalicəsi üçün müəyyən infrastruktur var . Müəssisələr virus əleyhinə dərman vasitəsi ilə təmin olunub.