KepezTV Player
Prezident İlham Əliyev Braziliya Prezidenti Luiz İnasio Lula da Silvaya başsağlığı məktubu göndərib. Məktubda deyilir: "San-Paulu ştatında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi son dərəcə sarsıtdı. Bu ağır anlarda kədərinizi bölüşür, baş verən bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Braziliya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".
- Baxış: 450