Azərbaycan-Rusiya münasibətləri bəzi qonşu dövlətlər üçün də bir nümunədir. Prezident İlham Əliyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edərkən belə deyib. Dövlət başçısı bunu Cənubi Qafqazda və daha geniş məkanda mühüm təhlükəsizlik faktoru kimi dəyərləndirib. İkitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini deyən Prezident bunun ən yüksək və digər səviyyələrdə təmaslarda, eyni zamanda, ölkələrimiz arasında imzalanmış sənədlərin və yol xəritələrinin həyata keçirilməsi, təhlükəsizlik, nəqliyyat, energetika, hərbi-texniki, humanitar sahələrdə əməkdaşlıqda özünü nümayiş etdirdiyini vurğulayıb. Sergey Şoyqu isə ölkəsinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəklədiyini bildirib. Görüşdə “3+3” formatında əməkdaşlığın perspektivləri müzakirə olunub.
- Baxış: 318