• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1076
— 26.07.2024 10:14

“Red Bull”-dan RB17 hiperkarı

Məşhur enerji içkisinin istehsalçısı olan Red Bull öz hiperkarını təqdim edib. Təqdim edilmiş hiperkar RB17 adlanır. Sözügedən avtomobil 1200 at gücünə sahib 4.5 litr həcmli mühərriki əldə edib. Bu mühərrik hiperkara saatda 349 km sürət yığmağa imkan verir. Mühərrikin özü isə dəqiqədə 15 000 dövretmə sürətində çalışa bilir. Avtomobil üstəlik 18 düym ölçülü təkərləri əldə edib. RB17-nin hazırlanmasına Formula-1 dizayneri cəlb edilib. Məlumatda qeyd edilib ki, sözügedən hiperkarın gövdəsinin hazırlanmasında karbon lifindən istifadə edilib. Red Bull tərəfindən hazırlanmış bu hiperkarın qiyməti 7.5 milyon dollar təşkil edir. Şirkət bu hiperkardan cəmi 50 ədəd istehsal etməyi planlaşdırır. Şirkət həmçinin hər bir potensial alıcıya unikal dizaynı da söz verib.