• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1462
— 18.07.2024 19:28

Birinci Qarabağ müharibəsi şəhidi dəfn olunub

KepezTV Player

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən Qurbanov Aydın Əsədulla oğlu isə Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib. 1967-ci ildə Bakıda anadan olan Aydın Qurbanov 1994-cü ildə Ağdamın Güllücə kəndi istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.
31 ildən sonra şəxsiyyəti müəyyənləşdirilən Yaşar Kərimovun nəşinin qalıqları isə Neftçalanın Aşağı Qaramanlı kəndinə gətirilərək ailəsinə təhvil verilib. Şəhid kənd qəbiristanlığında torpağa tapşırılıb. 1967-ci ildə Aşağı Qaramanlı kəndində doğulub boya-başa çatan Yaşar Kərimov 1993-ci il iyulun 23-də Ağdam uğrunda gedən döyüşlər zamanı itkin düşmüşdü.
Zahid Baxış oğlu Nağıyev də itkin düşən şəhidlərdəndir. Onun nəşinin qalıqları ailəsinin yaşadığı Ağdam rayonunun Evoğlu kəndinə gətirilib. Şəhid kənd qəbiristanlığında dəfn edilib. Zahid Nağıyev 1994-cü ilin aprelin 18-də Ağdam rayonunun Cəvahirli kəndi uğrunda gedən döyüşdə itkin düşmüş hesab olunurdu. 

Vüsalə Cənnətova