KepezTV Player
Dövlət İmtahan Mərkəzi tərəfindən ötən gün 1-ci və 4-cü ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı baş tutub. Eləcə də 3-cü qrup üzrə coğrafiya fənni üzrə imtahan keçirilib. Gəncədə də abituriyentlər biliklərini sınayıblar. 1855 nəfərin qeydiyyatdan keçdiyi Nizami yurdundakı imtahanlar 8 binada reallaşıb. Ümumilikdə Gəncədə prosesə nəzarət etmək məqsədilə 8 ümumi rəhbər, 22 imtahan rəhbəri və 116 nəzarətçi müəllim imtahanlara cəlb edilib.
Orxan Cəfərzadə
- Baxış: 359