15 İyul Türkiyədə Demokratiya və Milli Birlik Günü kimi qeyd edilir. 8 il öncə qardaş ölkədə baş verən xain çevriliş cəhdi Gəncədə anım tədbiri ilə xatırlanıb. Türkiyənin Gəncədəki Baş konsulluğu tərəfindən reallaşan tədbirdə günün tarixi önəmindən danışılıb, xalqın ölkə prezidenti Rəcəp Tayyib Ərdoğanın çağırışına biganə qalmayaraq küçələrə axışdığı vurğulanıb, hadisənin böyüməsinin qarşısının milli birlik nəticəsində alındığına diqqət çəkilib. Çevrilişə cəhdin qarşısı alınarkən 252 nəfər şəhid, 2740 nəfər isə qazi olaraq qardaş ölkənin bütövlüyünü qoruyub. Tədbirdə həmin dövrdə baş verən hadisələri, millətin hərbi texnikalara dirəniş göstərdiyi görüntüləri əks etdirən videoçarx da nümayiş etdirilib. Daha sonra tədbirin baş tutduğu ekoparkın ərazisində 15 iyul şəhidlərinin xatirəsinə yaşıllıq zonası salınıb. Əraziyə çinar və şam ağacları əkilərək suvarılıb.
Orxan Cəfərzadə
- Baxış: 324