• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1141
— 15.07.2024 19:00

Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib

KepezTV Player

Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Məmməd Mirzəyevin nəşi Ağdam rayonuna gətirilib. Şəhidlə vida mərasimi olub. Mərasimdə şəhidin doğmaları, ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları və rayon sakinləri iştirak ediblər. Sonra Məmməd Mirzəyevin nəşi Quzanlı qəsəbəsində yerləşən Şəhidlər xiyabanına gətirilib. O, yaylım atəşinin sədaları altında torpağa tapşırılıb. Tabutun büküldüyü üçrəngli bayraq şəhidin doğmalarına təhvil verilib. Məmməd Mirzəyev 1967-ci il noyabrın 5-də anadan olub. O, 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində itkin düşüb. 

Vüsalə Cənnətova