• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1199
— 08.07.2024 17:46

Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır

KepezTV Player

Ermənistanla müxtəlif istiqamətdə danışıqlar davam edir. Sülh gündəliyi ilə bağlı Azərbaycan iyunun sonunda Ermənistan tərəfinə təkliflər göndərib. Xarici işlər naziri Ceyhun Bayramovun sözlərinə görə, Ermənistan konstitusiyasında hələ də Azərbaycana qarşı müddəalar qalmaqdadır. Qarşı tərəfdən bu istiqamətdə addımlar atılması gözlənilir. Ceyhun Bayramov İranla münasibətlərdən də danışıb. İki ölkəni dini və tarixi köklərin birləşdirdiyini bildirib. 

Ceyhun Bayramov- xarici işlər naziri: “İranda yeni Prezident seçildi, Azərbaycan Prezidenti bu münasibətlə öz təbrikini çatdırdı. Biz bundan öncə Azərbaycan və İran arasında razılaşdırılmış layihələrin icrasında maraqlıyıq. Azərbaycan İranla münasibətlərin inkişafında maraqlıdır. İran bizim böyük qonşumuzdur, xalqlarımızın tarixi əlaqələri var. Bizim birgə gələcəyə baxış proqramımız var. İnanırıq ki, münasibətlər daha da inkişaf edəcək”.

Vüsalə Cənnətova