• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2143
— 08.07.2024 17:45

Prezident İlham Əliyev bir sıra sənədlər imzalayıb

KepezTV Player

Prezident İlham Əliyev “Azərbaycan və Türkiyə hökumətləri arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi”ni təsdiq edib.

Prezident Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin icrası haqqında sərəncam da imzalayıb.

Daha bir sənəd diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqındadır. 1 nəfərə fövqəladə və səlahiyyətli səfir, 2 nəfər birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, 3 nəfərə isə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbələri verilib.

Dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Fikrət Əzizov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Digər sərəncamlarla Əziz Əzizov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Onun əvvəlki vəzifəsini Adil Əliyev icra edəcək. 

Sahir Məmmədxanovsa Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Bundan başqa, dövlət başçısı Azərbaycanla Rusiya arasında təhsil sahəsində əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə Pyotr Vitalyeviç Qlıboçkonu “Dostluq” ordeni ilə təltif edib. Qlıboçko Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektorudur. 

Vüsalə Cənnətova