• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1486
— 28.06.2024 18:52

Peşə mərkəzində məzun günü

KepezTV Player

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Mərkəzində məzun günü keçirilib. Tədbirdə çıxış edənlər mərkəzin uğurlarından danışıb, məzunları təbrik edərək, onlara gələcək həyat və fəaliyyətlərində uğurlar arzulayıblar. Məzun günü mərkəzin tələbə və müəllimlərinin iştirakı ilə hazırlanan bədii hissə ilə davam edib. Tədrisdə və peşə təhsil mərkəzinin ictimai həyatında fərqlənən bir qrup məzuna fəxri fərman təqdim edilib.

Aynur Quliyeva- məzun: “Bu gün biz məzun oluruq. Mən çox sevincliyəm və çox xoşbəxtəm. Buna görə mən məktəbimizin bütün müəllim kollektivinə təşəkkürümü bildirirəm. Bizə öyrətdikləri bu elm, təhsilə görə çox xoşbəxtik və çox şadıq”.

Aysel Mahmudova- məzun: “Buraya gəldikdə heç düşünmürdüm ixtisasımıza yiyələnmək hissiyatı verəcəklər, bizi motivasiya edəcəklər. Buraya gəldikdən sonra çoxlu tədbirlərə qatıldıq, onun bizə gətirdiyi xeyirli şeylər həm biliklərimizi artırdı, həm də motivasiya etmək üçün verilən hədiyyələr oldu. İnşallah, buranı bitirdikdən sonra hər hansı bir universitetdə öz ixtisasımı davam etdirmək istəyirəm. Həm də ətrafımda gördüyüm insanlara da məsləhət görürəm ki, universitetə girə bilmirlərsə, peşə məktəbi daha yaxşıdır. Çünki ordan da istədiyiniz yerə daxil ola bilərsiniz”.

Pərvin Abbaszadə