• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1556
— 28.06.2024 18:51

Universitetdə “Açıq qapı” günü

KepezTV Player

Azərbaycan Texnologiya Universitetində “Açıq qapı” günü keçirilib. Universitetdə təhsil alan tələbələrin valideynləri yay imtahan sessiyası ilə yaxından tanış olublar. Proses haqqında valideynlər məlumatlandırılıb. “Açıq qapı” günündə tələbələrin diqqətinin yayınmaması üçün valideynlər imtahanın təşkilini və kodlaşdırma otağında yoxlama prosesini görüntülü formada birbaşa izləyiblər. İmtahan sessiyası ilə bağlı valideynlərin fikir və təklifləri dinlənilib.

Raqif Hüseynov- ATU-nun prorektoru: ““Açıq qapı” gününü təşkil etməkdə məqsədimiz ondan ibarətdir ki, ATU-da 2023/24-cü tədris ilinin imtahan sessiyası 3 iyun 2024-cü ildə başlamışdır. İmtahanlar yazılı test, kompüter və bilet şəklində keçirilir. Sessiyada 539 tələbədən müxtəlif ixtisaslarda təhsil alan 800-ə yaxın tələbə imtahan verir. Sessiyanın obyektiv, şəffaf keçirilməsi məqsədilə imtahanlarda müşahidə kameraları yerləşdirilmiş, imthan qərərgahları və apelyasiya komissiyası yaradılmışdır”.

Pərvin Abbaszadə