• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 828
— 14.06.2024 18:53

32 ildən sonra Füzuli şəhərində "Son zəng" çalınıb

KepezTV Player

İşğaldan azad olunan ərazilərdə bu il daha bir tarixi gün qeyd olunur. İllərdir xarabalığa çevrilən yurd yerlərimizdəki sahibsiz qalan təhsil ocaqları indi yenidən inşa olunub və şagirdlərinə qucaq açıb. Bu il isə həmin təhsil ocaqlarında məzunlar üçün “Son zəng” sədaları eşidilir. Bu gün Mirzə Uluqbəy adına Füzuli şəhər 1 saylı tam orta məktəbdə də “Son zəng” çalınıb. 465 nəfərin təhsil aldığı məktəbin 8 məzunu var. 

Azad Mustafayev