Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Gəncə Gənclər Evi və "Gəncə Maarif Evi"nin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir reallaşıb. Gənclərin iştirakı ilə "Müstəqil Azərbaycan dövləti ən böyük sərvətimizdir" adlı tədbirdə 15 iyunun müasir ölkə tarixindəki əhəmiyyətinə toxunulub. Böyük ictimai, siyasi və tarixi önəmi qabardılıb. Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin məhz bu günü yenidən hakimiyyətə gəlməsinin ölkənin tarixinə xüsusi bir hadisə kimi daxil olduğu önə çəkilib. Natiqlər ulu öndərin fəaliyyətindən, Azərbaycan üçün gördüyü işlərdən danışaraq, onun sayəsində odlar yurdunun dünyada şöhrət qazandığını söyləyiblər. Bu gün zəfər çalan qalib Azərbaycanın Heydər Əliyevin şah əsəri olduğu vurğulanıb. Tədbir daha sonra diskussiya şəklində davam etdirilib.
Orxan Cəfərzadə
- Baxış: 355