• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1149
— 11.06.2024 18:36

Müdafiə Nazirliyinin hərbi qulluqçusunun ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb

KepezTV Player

İyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlunun nəşi bu gün səhər saatlarında Naxçıvanın Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyən edilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Hərbi qulluqçunun ölüm faktı əsasında Naxçıvan hərbi prokurorluğunun və Azərbaycan Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb.