• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 694
— 06.06.2024 19:03

Birinci Qarabağ müharibəsinin şəhidləri dəfn edilib

KepezTV Player

Birinci Qarabağ müharibəsində itkin düşən daha bir şəhidlə 32 ildən sonra vida mərasimi keçirilib. Ədalət Abbasovla Daşkəsən rayonunun Xoşbulaq kəndində baş tutan vida mərasimindən sonra onun nəşinin qalıqları Gəncəyə gətirilib. Şəhərdəki Şəhidlər Xiyabanında torpağa tapşırılan Ədalət Vilayət oğlu Abbasov 25 may 1970-ci ildə Daşkəsən rayonunun Qabaqtəpə kəndində anadan olub. 1992-ci ildə könüllü olaraq Qarabağda gedən döyüşlərə qatılıb. 15 noyabr 1992-ci ildə Ağdərə rayonunun Çıldıran kəndində gedən döyüşlərdə xidməti borcunu yerinə yetirərkən itkin düşüb. O, Tərtərdəki Şəhidlər Xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu. Naqif Abbasov- şəhidin qardaşı: “Qardaşım 1992-ci ildə, 22 yaşında özü könüllü getdi 1-ci Qarabağ müharibəsinə qoşuldu, neçə ay döyüşdü. Sonra 1992-ci ilin oktyabr-noyabr ayında əlaqəmiz kəsildi, itkin düşdü. Mən şəhid qardaşı kimi cənab prezidentimiz başda olmaqla bütün dövlət qurumlarına öz təşəkkürümü edirəm anamın adından, bacımın adından, bütün nümayəndələrə, hər bir quruma təşəkkür edirəm ki, 32 il sonra mənim qardaşımı- Ağdərənin Çıldıran zonasında itkin düşmüşdü, tapdılar, təhvil verdilər”.

Pərvin Abbaszadə