KepezTV Player
Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, xüsusilə də yollarda piyadaların həyat və sağlamlığının qorunması istiqamətində tədbirlər davam etdirilir. Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə reyd təşkil edilib. Reyd zamanı mövcud piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə bərabər, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb. Həmçinin keçidlərdə piyadalara yol verməyən sürücülər də polis əməkdaşları tərəfindən müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.
Fərid Mehdiyev
- Baxış: 198