• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1655
— 22.05.2024 19:53

Gəncədə naməlum şəhid kimi dəfn edilmiş şəxslərin qalıqları doğma rayonlarında torpağa tapşırılıb

KepezTV Player

Gəncədə naməlum şəhid kimi dəfn edilmiş 5 nəfərin qalıqları doğma rayonlarında torpağa tapşırılıb. Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Zülfüqar Kamil oğlu Abbasovun qalıqları Sabirabadın Kürkəndi kəndinə gətirilib. 1973-cü il təvəllüdlü şəhid doğulub, boya-başa çatdığı kənddə dəfn edilib. 

Birinci Qarabağ müharibəsində itkin düşən, 30 ildən sonra kimliyi müəyyən edilən şəhid Ədalət Əliyevin də qalıqları dəfn edilib. Ailəsi ilə vida mərasimindən sonra şəhid Tərtərdəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Vüsalə Cənnətova