• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1840
— 14.02.2017 10:03

Avstriyalı velosipedlə rekord sürət yığıb

Avstriyalı Markus Stokl velosipedlə yeni dünya rekorduna imza atıb. 42 yaşlı ekstremal Çilinin Atakama səhrasında saatda 167 km sürət yığmağa nail olub. Standart Mondraker Summum adlı velosipeddən istifadə edən Markus xüsusi kostyum və dəbilqə də geyinməli olub. Çünki bunlar aerodinamika və təhlükəsizlik üçün vacibdir. Avstriyalı, adsız dağın zirvəsindən demək olar 4 metr məsafə qət edib. Rekorda çatmaq üçün ona 650 metr və 11 saniyə kifayət edib. Stokl yerindən sürətlənməyə 45 dərəcə maili yamacdan start verib.

 

Cavanşir Məmmədzadə