KepezTV Player
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasından sonra regionda sülh üçün tarixi imkanlar yaranıb. Bunu Latviya Seyminin sədri Dayqa Mierinanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyev deyib. Hazırda sülh gündəliyinin irəli aparılması üçün çox yaxşı və əlverişli imkanların olduğunu deyən dövlətimizin başçısı sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində də ikitərəfli proses çərçivəsində müsbət razılaşmaların əldə olunduğunu qeyd edib. Dayqa Mierina Qarabağa səfər etmək üçün onlara imkan yaradıldığını deyərək Şuşada və digər yerlərdə olduqlarını məmnunluqla vurğulayıb. Latviya Prezidentinin COP29-da iştirak üçün ölkəmizə səfər edəcəyi də bildirilib.
- Baxış: 272