• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1531
— 08.05.2024 18:42

Şəhər ağsaqqallarının fəaliyyəti səmərəli hesab edilib

KepezTV Player

Naftalanda Ağsaqqallar Şurasının üzvləri şəhərin ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Gənc nəslin milli-mənəvi dəyərlərə və Vətənə hörmət ruhunda formalaşdırılmasında mühüm rola malikdirlər. Həmçinin Qərbi Azərbaycan İcmasının fəaliyyət istiqamətləri barədə əhali arasında geniş təbliğat-maarifləndirmə işi aparırlar. Bu barədə hesabat yığıncağında məlumat verilib. Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Vahid Novruzov ağsaqqalların ölkənin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. Dövlətin bugünkü inkişafında ağsaqqal və ziyalıların rolundan söz açıb. Naftalan Ağsaqqallar Şurasının səmərəli fəaliyyəti təqdir edilib və ötən dövrdə görülən işlər qənaətbəxş hesab olunub. Çıxış edən şəhər ağsaqqalları ölkəmizdə həyata keçirilən ictimai işlərdə bundan sonra da yaxından iştirak edəcəklərini vurğulayıblar.

Fərid Mehdiyev