• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1023
— 08.05.2024 18:42

Heydər Əliyev irsi gənclərə aşılanıb

KepezTV Player

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Heydər Əliyev irsi” adlı forum keçirilib. Ümummilli lider Heydər Əliyevin 101 illiyi ilə əlaqədar keçirilən tədbirdə Gəncə Gənclər Evi və “ASAN Xidmət” Mərkəzinin könüllüləri iştirak edib. Ulu Öndərin yaşadığı mənalı və kamil ömür yolundan, xalq və dövlətçiliyimiz uğrunda apardığı mübarizəsi haqqında məlumat verilib. Heydər Əliyevin Azərbaycan tarixində əvəzolunmaz rolundan danışılıb. İctimai-siyasi həyatın bütün sahələrində böyük zirvələr fəth edən müstəqil Azərbaycanın qurucusu və banisinin tarix və xalq qarşısında misilsiz xidmətləri aşılanıb. Ulu Öndərin gənclər siyasəti sahəsindəki fəaliyyətindən geniş bəhs edilib.

Rəşad Qarayev- Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəis müavini: “Gördüyünüz kimi tədbirdə gənclər fəal iştirak edirlər. Məqsədimiz Ümumilli lider Heydər Əliyevin irsini gənclər arasında təbliğ etməkdən ibarətdir. İştirakçılarımız dermək olar ki, gənclərdir. Ali təhsil ocaqlarında təhsil alan gənclər, demək olar ki, bütün kateqoriyalardan olan gənclər tədbirdə iştirak etdi”.

Pərvin Abbaszadə