Gəncə Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunan elmi konfrans keçirilib. Beynəlxalq konfransın mövzusu "Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri"nə həsr olunub. 7 ölkənin nüfuzlu universitetlərinin, qabaqcıl elmi-tədqiqat mərkəzlərinin görkəmli alimləri yerli universitetlərin elm adamları ilə mövzu ətrafında müzakirələr aparıblar. Konfransda Heydər Əliyevin Azərbaycan elminin inkişafında olan rolu xüsusi vurğulanıb. Müasir kimyanın, biologiyanın, fizikanın, iqtisad elmlərinin aktual problemləri, həmçinin yaşıl iqtisadiyyat imkanları və çətinlikləri barədə fikir mübadiləsi aparılıb, təqdimatlar keçirilib. Konfransın keçirilməsində məqsəd müasir təbiət və iqtisad elmlərinin ali təhsil mühitində tədrisini və tədqiqini, həmçinin bu sahədəki qlobal tendensiyaları və dəyişən paradiqmaları birgə müzakirə etməkdir. 2 günlük konfrans plenar müzakirələr və bölmə iclasları ilə davam edəcək.
Navar Məhəmməd Tahir- pakistanlı professor: "Mən çox sevinirəm ki, Gəncədəyəm və buradakı elmi işçilər, professorlarla görüşürəm. Mənim fikrimcə müəllimlərin, tələbələrin tədqiqat sahəsinə yönəlməsi çox önəmlidir. Tələbələr üçün bu konfrans xüsusi əhəmiyyət kəsb edir. Onların təhsillərində qarşılaşacaqları bir çox suallar bu konfransda öz əksini tapdı. Çalışacam, bu mübadiləni Pakistandakı həmkarlarım ilə də bölüşüm".
Aişə Rzayeva
- Baxış: 325