Vivo şirkəti vivo X100s smartfon seriyasını təqdim etməyə hazırlaşır. Bu seriyaya adi vivo X100s ilə birlikdə həmçinin vivo X100s Pro da daxil olmalıdır. İndi isə internetdə adi vivo X100s-in fotoları ortaya çıxıblar. Ortaya çıxmış fotolara əsasən bu smartfon xarici görünüşcə keçən il təqdim edilmiş vivo X100-ə bənzəyəcək. Fotolardan da görmək olar ki, vivo X100s smartfonu yastı gövdəni və ekranı əldə edəcək.
Onun arxa panelində isə dairəvi formalı böyük kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində 3 ədəd obyektiv olacaq. Gözləntilərə əsasən vivo X100s-in arxa kamera göstəriciləri adi vivo X100-ün kamera göstəriciləri ilə eyni olacaq. Yəni söhbət, 50 MP + 50 MP + 64 MP üçlü arxa kameradan gedir. Məlumata əsasən vivo X100s smartfonu MediaTek Dimensity 9300 Plus prosessoru vasitəsilə çalışacaq.
- Baxış: 491