• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 978
— 20.04.2024 15:50

Repititor yanına getmədən toplanılan 300 bal

KepezTV Player

Martın 17-də 9-cuların buraxılış imtahanının nəticələri açıqlanıb. Ölkə üzrə 6 şagird maksimum nəticə göstərib. Onlar arasında Gəncə şəhər Fizika-riyaziyyat və informatika təmayüllü liseyin doqquzuncu sinif şagirdi Emil Əliyev də var. Gəncə məktəbliləri arasında ən yüksək nəticəni göstərən Emil Əliyev indiyə kimi respublika fənn olimpiadalarında, eləcə də fənn müsabiqələrində riyaziyyat və kimya fənnləri üzrə uğurlar əldə edib. Repetitor yanına hazırlığa getməyən Emil Əliyevin ən böyük arzusu gələcəkdə İTK üzrə mütəxəssis olmaqdır.

Emil Əliyev- şagird: “Nənəmdən eşitdim ki, ballar çıxıb. Mən də 77-27 nömrəsinə SMS göndəridim və balım çıxdı. Bir anlıq çox sevindim. Daha sonra sevincimi nənəmlə bölüşdüm. Gələcəkdə arzum odur ki, Amerikada MIT universitetində təhsil alım. Bunun üçün də gecə-gündüz çalışıram. Məqsədim də orada təhsil alıb, geri qayıdıb, vətənim üçün layiqli vətandaş olmaqdır”.

İlhamə Dəmirova- Emil Əliyevin nənəsi: “Bütün müəllimlərə minnətdarlığımı bildirirəm. Emil heç bir hazırlığa getmədən bu nəticəni əldə edibdir. Emilin oxuması üçün əlimizdən gələn şəraiti yaradırıq”.

Elnur Rzayev