![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/%E2%80%9CWindows%2010%E2%80%9D%20istifadeciler%20arasinda%20daha%20msshur%20olmaqda%20davam%20edir.jpg?itok=AkIPK8dT)
“Statcounter” analitik saytı bu ilin mart ayı üzrə istifadəçi kompüterlərində “Windows” əməliyyat sisteminin müxtəlif versiyalarının nə dərəcədə məşhur olduqları statistikasını təqdim edib. Statistikadan məlum olub ki, “Microsoft”-un “Windows 11”-in istifadəçilər arasında daha geniş yayılması üzrə olan bütün səylərinə baxmayaraq mart ayında bu əməliyyat sistemi statistik göstərici mövzusunda “Windows 10”-dan olduqca geridə qalıb.
Beləliklə statistikaya əsasən mart ayında “Windows 11”-in bazar payı 26.72% təşkil edib. Bu isə fevral ayındakı göstəricidən 1.46% daha azdır. “Windows 10” isə əksinə fevral ayındakı göstəricidən 2% daha çox bazar payı yığıb. Nəticədə onun bazardakı payı 69.04% təşkil edib. “Windows”-un daha köhnə versiyaları vasitəsilə çalışan kompüterlərin sayı getdikcə azalmağa davam edir. Belə ki, mart ayında “Windows 7”-nin bazar payı 3.04%, “Windows 8.1”-in bazar payı 0.44%, “Windows XP”-nin bazar payı isə 0.39% təşkil edib.
- Baxış: 371