• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1630
— 18.04.2024 20:01

Abidələrin qorunması gənc nəslə aşılanıb

KepezTV Player

Azərbaycan Texnologiya Universitetində “Tarixi abidələri tanıyaq və tanıtdıraq” mövzusunda tədbir keçirilib. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin əməkdaşları tərəfindən qərb bölgəsi üzrə mühafizə olunan abidələr, onlar haqqında məlumatların əldə edilməsindən danışıblar. Yerli və dünya əhəmiyyətli mənəvi dəyərlərin mühafizəsi barədə məlumat verilib. Təkcə Gəncədə 300-ə yaxın tarixi abidənin olduğu vurğulanıb. Bu cür tədbirlərin gənc nəsldə milli sərvətimiz hesab edilən tarixi abidələrin qorunmasına marağı artırdığı qeyd edilib. 

Xəlil İbrahimov- baş məsləhətçi: “İşğaldan azad olunmuş ərazilərin əksəriyyətində tarixi abidlərimiz var ki, bu abidələr forsifikasiya olunmuş, dəyişdirilmiş və yaxud da dağıdılmışdır. Əsas bizim alban məbədlərimizdir ki, ermənilər tərəfindən vəhşicəsinə dağıdılmışdır. Bundan başqa məscidlər tamamilə dağıdılmışdır. Gələcəkdə görüləcək işlər həmin bu abidələrin bərpası və yenidən qurulması, siyahıya alınaraq qorunmasından ibarətdir”.