• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 917
— 15.04.2024 10:37

Yeni musiqi tərtibatçısı: Stable Audio 2.0

Stability AI” şirkəti “Stable Audio 2.0” adlı yeni neyron şəbəkəsini təqdim edib. Bu neyron şəbəkə istifadəçilələrə öz audio faylları əsasında musiqilərin süni zəka vasitəsilə tərtibatı imkanını verir. Şirkətin sözlərinə əsasən “Stable Audio”-nun yeni versiyasının əsas fərqləndirici özəlliyi ondadır ki, o, ənənəvi musiqi strukturuna sahib mahnıları tərtib edə bilir. Yəni mahnının girişi, orta hissəsi və finalı. Stable Audio-nun ilk versiyası keçən ilin sentyabr ayında istifadəyə verilmişdi.

Birinci versiya ödənişli abunəliyə qoşulmuş istifadəçilərə 90 saniyəlik musiqilərin tərtibatı imkanını verirdi. “Stable Audio 2.0” vasitəsilə ilə isə istifadəçilər 3 dəqiqəlik musiqiləri tərtib edə bilərlər. Stable Audio 2.0 tamamilə pulsuzdur və ondan Stability AI saytında və ya API üzərindən yararlanmaq olar. Şirkət bildirib ki, Stable Audio 2.0 neyron şəbəkəsi “AudioSparx” adlı musiqi kitabxanasındakı 800 000-dən çox mahnı əsasında təlimatlandırılıb. Bununla belə məlumata əsasən həmin mahnıların müəllifləri kontentlərin süni zəka təlimatlandırılmasında istifadəsinin qadağan edilməsi imkanına sahib olublar.