• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 951
— 09.04.2024 10:23

“Lenovo” 6 ayaqlı robotunu anons edib

Lenovo” şirkəti “Daystar Bot GS” adlı robotunu anons edib. Sözügedən robot xarici görünüşcə “Boston Dynamics”-in 4 ayaqlı Spot adlı robotunu xatırladır. Lakin Spot-dan fərqli olaraq Daystar Bot GS adlı robot 6 ədəd mexaniki ayağa sahibdir. Bununla yanaşı Lenovo-nun robotunun gövdəsi IP66 standartı üzrə qorunmaya sahibdir. Buna görə də Daystar Bot GS-i müxtəlif müəssisələrdə və açıq havada istifadə etmək olar. Robotun konstruksiyası onun hətta düz olmayan səthlər üzərində də rahatlıqla hərəkət etməsinə imkan verir. Robotda olan sensorlarla alqoritmlərin kombinasiyası ona ətraf mühiti analiz etməyə və ona müvafiq şəkildə reaksiya verməyə şərait yaradır. Lenovo bu yeni robotunun texniki özəllikləri barəsində hələ ətraflı məlumat verməyib. Onun nə zaman və hansı qiymətə satılacağı da bilinmir.