• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1926
— 03.04.2024 17:23

Beynəlxalq ictimaiyyət Ermənistanın mina terroruna səssiz qalmamalıdır

Beynəlxalq ictimaiyyət Ermənistanın mina terroruna səssiz qalmamalıdır. Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın Tərtər və Ağdamda baş vermiş mina partlayışları ilə bağlı reaksiyasında qeyd olunub. Bildirilib ki, Ermənistanın otuz illik işğal dövründə Azərbaycan torpaqlarında basdırdığı minalar insanların həyatına və sağlamlığına təhlükə yaratmaqda davam edir. Növbəti mina terroru nəticəsində dörd nəfər mülki şəxs yaralanıb. Ümumilikdə, İkinci Qarabağ müharibəsindən bu günədək 350 nəfər minadan zərər çəkib. "Beynəlxalq ictimaiyyət dəqiq mina xəritələrinin Azərbaycana təqdim edilməsi üçün bu ölkəyə ciddi təzyiq göstərməlidir", - deyə ombudsman vurğulayıb.