• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1305
— 03.04.2024 10:18

Yeni “Apple Watch” qan təzyiqinin ölçülməsi funksiyasını əldə edə bilər

Bir neçə il bundan öncə məlumat ortaya çıxmışdı ki, “Apple” öz smart saatlarında qan təzyiqinin ölçülməsi funksiyası üzərində çalışır. Şirkət artıq bu il sözügedən funksiyanı reallaşdıra bilər. “Bloomberg” saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən bu il təqdim olunacaq yeni “Apple Watch” smart saatı özündə qan təzyiqinin ölçülməsi funksiyasını birləşdirəcək. Çox güman ki, sözügedən funksiya sistem yenilənməsi vasitəsilə aktiv olmayacaq. Belə ki, insayder bildirib ki, hal-hazırda aktual olan “Apple Watch” modellərində qan təzyiqinin ölçülməsi funksiyası olmayacaq. Bu isə o deməkdir ki, bu il ərzində təqdim olunacaq yeni “Apple Watch”-da bu funksiyadan yeni hardware texnologiyası cavabdeh olacaq.