• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1760
— 01.04.2024 19:54

Xocalıda kütləvi məzarlıqda aşkarlanan daha bir nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Xocalıda kütləvi məzarlıqda tapılan daha bir nəfərin şəxsiyyəti müəyyənləşib. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Aşkar edilən insan qalıqlarının müayinəsi zamanı onların 18 nəfər şəxsə məxsus olması, müxtəlif üsullarla işgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalmaları, fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları bilinib. Həmişə tapıla bilmələri üçün lazımi qaydada qorunmaları və nişanlanmalarının təmin olunmaması müəyyən edilib. İnsan qalıqları xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılıb. Həmin şəxslərin hamısı 1992-ci il fevralın 26-da Xocalı rayonu ərazisində itkin düşüb.