• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 824
— 27.03.2024 09:04

Yol qəzaları olub

KepezTV Player

Gəncənin Şah İsmayıl Xətai prospektində avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1955-ci il təvəllüdlü Ş.İbrahimovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Şəhərin Üzeyir Hacıbəyli küçəsində isə "Mercedes" markalı avtomobil "QAZ 3110" markalı minik maşınına arxadan çırpılıb. "QAZ 3110" əks yolda hərəkət edən "VAZ 2107"yə dəyib. Nəqliyyat vasitələri yararsız hala düşüb. Faktlarla bağlı araşdırmalar aparılır.