• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 949
— 09.10.2022 20:02

Strateji əhəmiyyəti ilə seçilən Hadrut

KepezTV Player

Xocavənd rayonun ən dilbər guşələrindən biridir Hadrut qəsəbəsi. Elə bu səbəbdən düşmən həm yaşamaq, həm də özünə hərbi baza qurmaq üçün buranı seçmişdi. Ancaq yenilməz Azərbaycan ordusu onu 9 oktyabr 2020-ci il işğaldan azad etdi.

Ərazinin azad edilməsi ilə bağlı əmr alan ordu qəsəbəyə doğru hərəkətə başladı. Hadruta düşmənin xəbəri olmadan girmək lazım idi.

Bu sevincli xəbəri isə məğrur əsgərlər Ali Baş Komandana məruzə elədilər.

Artıq iki ildir Hadrutda şanlı Azərbaycan bayrağı dalğalanır. Arqu dağının ətəyində yerləşən bu qəsəbədə əsgərlərimiz elə o dağ qədər güclü şəkildə xidmətini davam etdirir.