• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 809
— 19.03.2024 19:47

Ağır yol qəzası olub, ölən və yaralananlar var

Lənkəranın Liman şəhərində "VAZ-2106" və "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində 1978-ci il təvəllüdlü Davud Sərraf oğlu Nəsirov hadisə yerində ölüb. 2003-cü il təvəllüdlü Mirşahin Malik oğlu Nağızadə, 2003-cü il təvəllüdlü Pərvaz İlham oğlu Mahmudov və 1991-ci il təvəllüdlü Pərviz Şükür oğlu Fətullazadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.