• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2049
— 18.03.2024 12:14

Xocalıda kütləvi məzarlıqda aşkar edilmiş insan qalıqlarının sayı 19-a çatıb

Xocalıda kütləvi məzarlıqda aşkar edilmiş insan qalıqlarının sayı 19-a çatıb. Bunu Baş Prokurorluqla Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə təşkil etdiyi brifinqdə Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin rəis müavini Orxan Rzayev deyib. O bildirib ki, aşkar edilmiş insan qalıqlarının torpaqda qalma xüsusiyyətlərinə görə onların 25 il bundan əvvəl qətlə yetirildiyi məlum olub. Qeyd olunub ki, 23 fevraldan 4 marta qədər Xocalıda aşkar edilmiş kütləvi məzarlıqda istintaq işləri aparılıb. Məhkəmə-genetik ekspertizasının hazırkı mərhələsində 9 nəfərin şəxsiyyəti müəyyən edilib. İşğaldan azad olunan ərazilərdə indiyədək 553 insan meyitinin qalıqları tapılıb. Həmin qalıqlar Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan şəxslərə məxsusdur.