• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 882
— 17.03.2024 19:04

QAİ: AP qovulmuş 300 min Qərbi azərbaycanlının öz yurdlarına qayıtmasına dəstək verməlidir

Avropa Parlamentinin bir qrup korrupsioner və irqçi deputatı mədəni irsin qorunması bəhanəsilə Azərbaycana şər atıb və onun daxili işlərinə qarışmağa cəhd edib. Bu barədə Qərbi Azərbaycan İcmasının  bəyanatında bildirilib. “Ermənistan öz ərazisində və vaxtilə işğal etdiyi Azərbaycan ərazilərində mədəni irsimizi kütləvi şəkildə dağıdıb. Ermənistan ərazisində 300 məscid, yüzlərlə məzarlıq, çoxsaylı digər mədəni abidə yer üzündən silinib. Ermənistan oradakı Azərbaycan mədəni irsinin vəziyyətinin monitorinqi məqsədilə UNESCO missiyasının səfərinə imkan vermir. Avropa Parlamentinin saxtakar deputatları oradakı Azərbaycan mədəni irsinin dağıdılmasının dayandırılması üçün səylər göstərməli, Ermənistandan qovulmuş 300 min Qərbi azərbaycanlının öz yurdlarına qayıtmasına dəstək verməlidir”, - deyə bəyanatda qeyd edilib.